• Bashli-slayd1
  • Bashli-slayd2
  • Bashli-slayd3

Təşkilatçılar

 

Azərbaycan Respublikası

Elm və Təhsil Nazirliyi 


 

 

Azərbaycan Respublikasının

Təhsil İnstitutu


 

 

Azərbaycan Respublikasının

Gənclər və İdman Nazirliyi


 

 

Azərbaycan Milli

Elmlər Akademiyası


 

Heydər Əliyev Mərkəzi


 

Azərbaycan Təhsil İşçiləri

Azad Həmkarlar İttifaqı


ELANLAR...


 

 

 

 



 

 

Partnyorlar

 

“Sabahin alimləri” IX Respublika Müsabiqəsinin qalibləri sırasından seçilmiş şagirdlərin ISEF müsabiqəsində iştirakı

 

Bildiyiniz kimi, 11-13 fevral 2020-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Konfederasiyası, Heydər Əliyev mərkəzi və British Petroleumun təşkilatçılığı və sponsorluğu ilə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin 9-11 sinif şagirdləri arasında  “Sabahın alimləri” IX Respublika müsabiqəsi keçirilmişdir.

Hər il olduğu kimi, bu il də “Sabahın alimləri” müsabiqəsinin qalibləri sırasından seçilmiş şagirdlərimiz Amerika Birləşmiş Ştatlarında ənənəvi olaraq keçirilən ISEF müsabiqəsində Azərbaycan Respublikasını təmsil etməli idilər. Bu ilki müsabiqə 18-22  may 2020-ci il tarixlərdə ABŞ-ın Kaliforniya ştatının Anaheym şəhərində baş tutmalı idi. Əfsuslar olsun ki, dunyada baş vermiş pandemiya nəticəsində mart ayının 22-də minlərlə şagirdin bir araya gələrək virusa yoluxmasının və daha geniş yayılmasının qarşısını almaq məqsədi ilə ISEF təşkilatçıları tərəfindən müsabiqənin əyani keçirilməsi təxirə salınmış və online şəklində keçirilməsi qərara alınmışdır.

Bu məqsədlə Regeneron ISEF müsabiqəsinin təşkilatçısı olan Sosiety for Science and the Public (SSP) tərəfindən müsabiqənin online saytı yaradılmışdır. Həmin saytda müsabiqə iştirakçılarının öz tədqiqat işlərinin video presentasiyalarını və işə aid foto şəkillərin yerləşdirmək imkanı yaradılmışdır. Müsabiqənin münsiflərinə isə məsafədən həmin işləri nəzərdən keçirmək və onları qiymətləndirmək imkanı yaradılmışdır.

 “Sabahın alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin sədri və İSEF müsabiqəsinin Beynəlxalq Münsifi Samir Orucovun rəhbərliyi ilə Azərbaycanı təmsil edən şagirdlərimiz Rüstəmli Emil “Fraktal nəzəriyyəsinin kompüter qrafikasında tətbiqi” adlı, Sadıxova Aylin və Sunan Sila “Günəş enerjisi ilə qidalanan çoxsaylı məhsul sistemi” adlı, Hacıyeva Məryəm və Alşanova Nigar “Baykal başlıq otu dərman bitkisində nanodərmanın sintezi və onların antioksidant, antibakterial aktivliyi” adlı və Bayramov Ruslan “Deep Learning-lə bitkilərin xəstəliklərinin aşkarlanması” adlı layihələrinin video-təqdimatlarını yüksək səviyyədə hazırlamış, saytda yerləşdirmiş  və online müsabiqədə müvəffəqiyyətlə iştirak edərək münsiflər tətəfindən yüksək qiymətləndirilmiş və finalçı medallarına layiq görülmüşdülər. Həmin medallar FedEx beynəlxalq poçt vasitəsi ilə Azərbaycana gətirilmiş və qaliblərə təqdim olunacaqdır.

Qeyd edək ki, 2020-ci ilində keçirilən online müsabiqədə 56 dövlətdən 1030 layihə ilə 1255 finalçı iştirak etmişdirlər.

Axtarış